"Prezident İlham Əliyevin 7 iyul 2021-ci il fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Ona görə də Qarabağ barədə danışarkən bu fərmana istinad olunmalı, rayon və kəndlərin adı, onlar arasındakı məsafələr düzgün qeyd edilməlidir”.
Qaynarinfo xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib. Ekspert ölkə başçısının çıxışlarında "Dağlıq Qarabağ ifadəsi yoxdur” fikrini xatırladaraq əlavə edib ki, rayon və kənd adlarının doğru qeyd edilməməsi bu ifadəni gündəmə gətirmək deməkdir:
"Ordumuzun diskolakasiyası və yerdəyişməsi zamanı rayon mərkəzinin adı doğru qeyd edilməlidir. Əks halda "gorbagoru” dirltmiş oluruq. Sosial şəbəkələrdə bəzən 26 noyabr 1991-ci ildə həyata keçirilən inzibati islahatlara istinad edilir. Halbuki bu islahatlarda şəhər, qəsəbə və kəndlər əvvəlki statusda saxlanılıb. Ona görə də məsafələrdə də qeyqi-dəqiqliyə yol verilir. Məsələn, Fərrux kəndinin rayon mərkəzindən 16 kilometr aralıda yerləşdiyi qeyd edilir. Bu köhnə məlumatdır. Fərrux kəndi Xocalı rayonuna tabedir və mərkəzdən 24 kilometr aralıda yerləşir. Köhnə məlumatda isə bu kənd Əsgəran rayonun ərazi vahidi kimi qeyd edilir.
Hazırda Qarabağda inzibati ərazi vahidləri arasında məsafələr aşağıdakı kimidir:
Xocalı-Xankəndi 8 km.
Xocalı-Əsgəran qəsəbəsi 16 km.
Əsgəran qəsəbəsi-Fərrux kəndi 16 km.
Ağdam-Şuşa 62 km
Xankəndi-Şuşa 14 km
Ağdərə-Tərtər 18 km
Xocalı-Bakı 375 km
Xocavənd-Bakı 334 km
Xankəndi-Bakı 329 km”.
Seyid