Xəbər lenti

Fəxri adlara görə verilən təqaüd artırıldı
Ölkə06:37 20.12.2021

Fəxri adlara görə verilən təqaüd artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.
Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.