
Qadın suya düşdükdən bir müddət sonar yoxa çıxıb.
Siyəzən rayonunda yaşlı qadın kanalda boğulub. Rayon polis şöbəsindən Anspress-in bölgə müxbirinə verilən məlumata görə, iyulun 7-də 71 yaşlı Fəttayeva Xədicə Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində suya yıxılıb. Qadın suya düşdükdən bir müddət sonar yoxa çıxıb. Yaşlı qadının kanalda boğulduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qadının meyitinin tapılması istiqamətində axtarışlara başlanıb. Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri Cəfər Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, əgər qadının meyiti tapılmasa, o zaman kanalda suyun axının qarşısı aınacaq.
“Hazırda ərazidə xilasedicilər çalışır. Kanala çəpər salınıb ki, su axını qadının meyitini onu ilişdirsin. Əgər meyid tapılmasa, onda müraciət edəcəyik ki, kanalın suyunun axını dayandırılsın”, - deyə Cəfər Əliyev bildirib.
Qaynar.info