Xəbər lenti

FİFA-nın prezidenti İsveçrədən Qətərə köçdü
İdman09:40 17.01.2022

FİFA-nın prezidenti İsveçrədən Qətərə köçdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA prezidenti Canni İnfantino uzun illər yaşadığı İsveçrəni tərk edərək Qətərə köçüb.
Qaynarinfo xəbər verir ki, bu haqda İsveçrədə nəşr olunan "Blick” qəzeti yazıb. Məlumatda İnfantinonun dünya çempionatının başlamasına bir ildən az qalmış ailəsi ilə birlikdə Qətərin paytaxtı Dohaya köçdüyü bildirilib.
İsveçrə mətbuatı daha əvvəl İnfantinonun Qətərə köçdüyünü yazsa da FİFA mart ayında bu iddiaları rədd etmişdi. "Blick" İnfantinonun Qətərə köçməsini sənədləşdirsə də şəxsi həyata hörmət edərək fotoları paylaşmayıb.
Mediada yayılan xəbəri təkzib edən FİFA sözügedən qəzetin məlumatını təsdiqləyib. Xəbərdə italyan əsilli funksionerin İsveçrəyə nadir hallarda getdiyi bildirilib. Eyni mənbə İnfantinonun 2 qızının Dohada məktəbə getdiyini də oxuculara çatdırıb.
Səbuhi Həsənov