Xəbər lenti

"Fil və dostları" Bakı Dövlət sirkində sizi gözləyir
Sənət11:08 09.09.2022

"Fil və dostları" Bakı Dövlət sirkində sizi gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Sirki mövsüm açılışına hazırlaşır.
Qurumun mətbuat katibi Gülşanə Mustafayevanın Qaynarinfo-ya verdiyi məlumata görə, sirk öz tamaşaçılarını "Fil və dostları” adlı beynəlxalq layihə ilə qarşılayacaq:
"Fil və Dostları" adlı sirk proqramının təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur. Bu proqramda fillər sözün əsl mənasında qeyri-mümkün olanları reallaşdırıb, balaca dostları ilə möhtəşəm bir şou yaradacaq. Bundan başqa, sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları sözün əsl mənasında bütün tamaşaçıları heyrətləndirəcək”.
Qurumun sözçüsü deyir ki, "Fil və dostları” adlı beynəlxalq sirk proqramı öz işini 2022-ci il 14 oktyabrdan 27-si noyabra kimi davam etdirəcək.
Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş etdiriləcək.
Qeyd edək ki, proqamın biletlərini şəhərin bütün kassalarından və itikcet.az saytından onlayn əldə edə bilərsiniz.
Bahar Rüstəmli