Amerikalı diplomat Filip Riker ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri vəzifəsini tərk edib.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı
deyib.
"Bu gün biz səfir Filip Rikerin yanvarın 5-dən etibarən Qafqaz üzrə Danışıqlarda Baş Müşavir vəzifəsindən getdiyini elan edirik. Səfir Riker 30 ildən artıqdır ki, ABŞ Dövlət Departamentinə və xalqa, o cümlədən o, Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi və Londondakı səfirliyimizin müvəqqəti işlər vəkili kimi sədaqətlə xidmət edib”, – Prays bildirib.
Onun sözlərinə görə, Rikerin Qafqazda danışıqlar üzrə baş məsləhətçi kimi fəaliyyəti əlaqələri sürətləndirib və Cənubi Qafqaz kimi problemli regionda sülh prosesinin qurulmasına kömək edib.
"Onun fəaliyyəti ABŞ-ın Ermənistan və Azərbaycana ikitərəfli davamlı sülh danışıqlarına necə önəm verdiyini təsdiqləyir", - Dövlət Departamentinin sözçüsü bildirib.
O vurğulayıb ki, Rikerin gedişi heç bir halda ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə xələl gətirmir.
"Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və Dağlıq Qarabağla bağlı bütün həll edilməmiş məsələlərin həlli yollarını tapmaq üçün həmfikir tərəfdaşlarla (məsələn, Avropa İttifaqı) və beynəlxalq təşkilatlar (ATƏT kimi) vasitəsilə ikitərəfli əlaqələri davam etdirir”, - Prays əmin edib.
Alpər