Xəbər lenti

Finlandiyada böyük məlumat sızması ilə bağlı araşdırma başladı
Dünya 14:42 18.05.2024

Finlandiyada böyük məlumat sızması ilə bağlı araşdırma başladı

Finlandiya polisi kiberhücum səbəbindən böyük məlumat sızması faktını araşdırmağa başlayıb. 

Qaaynarinfo xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, Helsinkinin informasiya sistemlərinin sındırılması aprelin 30-da baş verib.

"Araşdırma Mərkəzi Kriminal Polis və Helsinki Polis Departamenti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib", deyə qeyd edilir.

Qeyd olunur ki, hücum edənlər məlumatı şəhərin təhsil və tərbiyə şöbəsinin informasiya şəbəkəsindən əldə ediblər. Nəticədə, onlar Finlandiya paytaxtının tələbələri və təhsil sektorunun işçiləri də daxil olmaqla 80 min insan haqqında məlumat ələ keçiriblər. Qurbanlar 120 min nəfər ola bilər.

Samir

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->