Xəbər lenti

"Fitch" 2020-ci ildə neftin qiymətini açıqladı
Ekonomiks17:30 05.12.2018

"Fitch" 2020-ci ildə neftin qiymətini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fitch" beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib.
"Report” xəbər verir ki, sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə 57,5 dollardan 62,5 dollaradək qaldırılıb.
Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.
"OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik”, - icmalda qeyd olunub.