"Fitch" Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini "BB" səviyyəsində saxlayıb. ABB-nin Dayanıqlılıq reytinqi də "bb" səviyyəsində qiymətləndirilib. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.
"Fitch" ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin genişlənməsi orta müddətdə müvafiq templə davam edəcək, aktivlərin keyfiyyəti isə davamlı şəkildə möhkəm qalacaq.
ABB-nin Uzunmüddətli emitentin defolt reytinqinin "BB" səviyyəsi Bankın güclü daxili bazar mövqeyini, dayanıqlı balans strukturunu, möhkəm maliyyə göstəricilərini əks etdirir.
Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir. Agentliyin proqnozlarına görə, Bankın əməliyyat gəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədə qalacaq.
"Fitch"in rəyi ilə
buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən,
https://abb-bank.az/ rəsmi internet səhifəsindən və yaxud 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Şərhlər