Xəbər lenti

Formula-1 Bakıda ikiotaqlı kirayə mənzillərin qiymətini qaldırdı - Ekspert
Ekonomiks08:21 06.06.2022

Formula-1 Bakıda ikiotaqlı kirayə mənzillərin qiymətini qaldırdı - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Formula-1 yarışması ilə əlaqədar Bakıda iki otaqlı kirayə mənzillərin qiyməti 1200-1500 arasında dəyişir”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bir ay öncə həmin mənzillər bazara 800-1000 manata təkilf olunurdu:
"Bu? Bakıya turist axını ilə bağlıdır. Bütövlükdə götürsək 500-600 manatdan aşağı olan, sadəcə tələbə və digər şəxslərin kirayə məqsədləri üçün istifadə etdikləri mənzillərin qiymət artımı müşahidə olunmur. Yalnız bahalı evlərdə, şəraiti yaxşı və şəhərin mərkəzində yerləşən təmir səviyyəsi yüksək olan mənzillərdə turist axını ilə əlaqədar qiymətlərdə artım var. Xüsusi ilə də "Bakı həlqəsi” deyilən, yəni yarışın keçirildiyi ərazidə mənzillərin qiymətində artım müşahidə olunur. Bu da həmin dövrdə biletlərin qiymətinin yüksək olması ilə əlaqədardır. Digər istiqamətlərdə isə kirayə qiymətləri sərbəstdir”.
Ramil Osmanlı kirayə mənzil bazarında qiymətlərin yay aylarında enəcəyini düşünmədiyini vurğulayıb:
"Yay mövsümünün axırına kimi qiymətlərin azalmasını gözləmirik”.
Bahar Rüstəmli