Xəbər lenti

Formula-1-də ifa edən müğənnidən ölkəmizə qarşı hörmətsizlik - Fotofakt
Maqazin07:43 18.06.2016

Formula-1-də ifa edən müğənnidən ölkəmizə qarşı hörmətsizlik - Fotofakt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, dünən Dənizkənarı Milli Parkda Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisinə həsr edilmiş konsert proqramında tanınmış müğənni Kris Braun ifa edib.

Qaynarinfo.az AzNews.az-a istinadən xəbər verir ki, müğənninin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində Azərbaycandakı çıxışı ilə bağlı paylaşım edilib. Lakin paylaşım özəl, yən məhdud sayda insanın görə biləcəyi formada edilib. Onun paylaşımının özəl edilməsi isə şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Belə ki, Braunun Xorvatiyada keçiriləcək konsertinə çağırışın hamı üçün açıq (public – red.) olması, Azərbaycanla bağlı paylaşımın isə özəl olması ölkəmizə qarşı ayrıseçkilik kimi dəyərləndirilib.

Qaynarinfo.az