Xəbər lenti

Formula 1 hasarlarının sökülməsinə start verilib
Ölkə15:38 22.06.2016

Formula 1 hasarlarının sökülməsinə start verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Söküntü zamanı piyadalar, sürücülər rahat hərəkət edə biləcəklər.
Formula 1 yarışları zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə quraşdırılan hasaralar və pid binasının söküntüsü işlərinə bu gün start verilib.
ANS TV-nin məlumatına görə, dəmir arakəsmələrin sökülməsi təxminən iki həftə vaxt aparacaq. Bu zman ərzində isə maşınların hərəkətində heç bir problem olmayacaq.
Eləcə də pid binaların söküntüsü zamanı piyadalar, sürücülər rahat hərəkət edə biləcəklər.
Bu barədə ətraflı Bakı şəhər halqasının marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
"Çalışacağıq ki, bütün işlərimizi avqustun birinci həftəsinə qədər yekunlaşdıraq. Ola bilsin bəzi məsələlərə görə, bir az ləngiyə bilər. Ümumilikdə, çalışırıq ki, tez bir zamanda yekunlaşdıraq. Bütün bu sökülən qurğular yaradılan xüsusi zonada yerləşdiriləcək və gələn il həm avadanlıqlardan istifadə ediləcək" - deyə Nigar Arpadarai bildirib.
Qaynarinfo.az