Xəbər lenti

Fransa prezidenti Bakıda müxalifət liderləri ilə görüşdü
Siyasət09:48 12.05.2014

Fransa prezidenti Bakıda müxalifət liderləri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu dəqiqələrdə Fransa prezidenti Fransua Ollandın Fransanın Azərbaycandakı səfirliyində Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti ilə görüşü başlayıb. 

Qaynar.info azadliq.info-ya istinadən xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətin  müzakirə olunacağı gözlənilir.  Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digər şəxslər iştirak edir.

Qeyd edək ki, Fransa prezidenti ötən gün Azərbaycana rəsmi səfər edib.

Qaynar.info