Fransada keçirilən prezident seçkilərinin birinci turu fonunda bazarların artması nəticəsində varlı avropalı milyarderlərin ümumi sərvəti 27,5 milyard dollar artıb.Emmanuel Makronun prezident seçkilərinin birinci turunda qalib gəlməsi nəticəsində avropalı bazarlar son 17 ay ərzində maksimum həddə qədər yüksəlib.
"Qaynar" "Banker.az" istinadən xəbər verir ki, Inditex (Zara, Pull & Bear, Bershka) yaradıcısı Amansio Orteqanın şəxsi sərvəti 2,7 milyard dollara yüksəlib ki, bu da gün ərzində ən iri həcmli artım olub.
Qeyd edək ki, 23 aprel 2017 tarixində keçirilən seçkinin nəticələrinə görə, Makron 23,86%, Marine Le Pen isə 21,43% səs toplayıb. Proqnozlara görə, Makron ikinci turda 60% səs ilə qalib gələcək.
Qaynar.Az