
Fransa Səfirliyi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa 5 illik viza verilməsini təsdiqləyir.
Bu barədə Aktual.az-a Fransanın Azərbaycandakı Səfirliyinin Mətbuat ataşesi Cəmilə Axundova məlumat verib.
Cəmilə Axundova həmçinin məsələ ilə əlaqədar digər suallara səfirlik tərəfindən şərh verilməyəcəyini də bildirib.
Xatırladaq ki, Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb.
Qaynar.info