Xəbər lenti

Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək
Siyasət20:43 27.03.2025

Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.
APA verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib.
Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək üçün üç həftə vaxtı olacaq.
Eyni zamanda, Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.