Fransada dizel yanacağı sürətlə bahalaşır.
Qaynarinfo yerli mətbuata istinadən xəbər verir ki, bu ilin yanvarından başlayan qiymət artımı davam edir. Yanacaq vergisinin artması ilə əlaqədar iyun ayından etibarən yanacağın qiymətində hər ay artım qeydə alınıb.
24 faiz bahalaşan dizel yanacağı artıq rekord qiymətə çatıb - 1,52 avro. Dizel yanacağı ilə 95 markalı benzinin qiyməti təxminən eynidir - 1,56 avro.
Dizellə yanaşı, təbii qazın qiyməti də artıb. İyul ayında 7.45 faiz bahalaşan təbii qazın qiyməti oktyabrın 1-dən yenidən 3 faiz artıb.