Fransanın Biarritz şəhərində qondarma "erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Qaynarinfo xəbər verir ki, Ermənistanımn Fransadakı səfiri Hasmik Tolmacyan açılışda iştirak edib. Tədbirdə Biarritz şəhərinin meri Meder Aristogi, Bayonne şəhərinin vitse-prefekti Filip Le Muan Surzur, həmçinin "Agur Armenia” təşkilatının prezidenti Kleman Parakyan iştirak edib.
Həmin gün səfir Hamsik Tolmacyan Biarritz şəhərinin meri Meder Aristogi ilə görüşüb. Merin xahişi ilə səfir Tolmacyan 2020-ci ildə Qarabağa qarşı 44 günlük müharibə ilə əlaqədar bölgədə yaranmış vəziyyəti də təqdim edib.
Telman