Xəbər lenti

Fuad Poladov teatrdan ayrılmayıb - Rəsmi açıqlama
Sənət20:10 26.10.2016

Fuad Poladov teatrdan ayrılmayıb - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Fuad Poladov hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.

O deyib ki, oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq: “Bu ay ərzində isə Fuad müəllim "Şah Qacar" tamaşasında çıxış edib”.  

Xatırladaq ki, bu gün saytlarda xalq artisti Fuad Poladovun Akademik Dövlət Dram Teatrından istefa verməsi barədə məlumatlar yayılıb.

Qaynarinfo.Az