Xəbər lenti

Fuad Poladovdan xəbər var
Sənət13:53 19.01.2018

Fuad Poladovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir. 
Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a danışan aktyor əvvəlki halına nisbətən özünü yaxşı hiss etdiyini deyib:
"Müalicəm gedir, dərmanlarımı qəbul edirəm. Əvvəlki günlərimə baxanda nisbətən yaxşıyam”.
F.Poladov səhhətiylə bağlı həkimlərin bəzi qadağaları olduğunu deyib:
"Səsimə görə çox danışmağa icazə vermirlər. Mən da bacardığım qədər bu məsləhətlərə riayət edirəm”.
Aktyor dostlarının, həmakrlarını tez-tez onunla maraqlandıqlarıı vurğulayıb.
Qeyd edək ki, qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.