Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilib.
"Report”un xəbərinə görə, xalq artistinin yaşadığı binanın həyətində keçirilən mərasimdə mərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.
Fuad Poladov vəsiyyətinə uyğun olaraq Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Allah rəhmət eləsin!
Qeyd edək ki, F.Poladov mayın 4-dən 5-nə keçən gecə saat 1-də uzun sürən xəstəlikdən sonra vəfat edib.
Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.
Qaynarinfo APA-aya istinadən məlumat verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində ictimaiyyət nümayəndələri, teatr və kino xadimləri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.
Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.