"Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatında təhlükəsizlikdən biz məsuliyyət daşıyacağıq”.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Kimyəvi, Bioloji, Radioloji və Nüvə Müdafiə İdarəsinin (KBRN) rəhbəri Burak Çabuk Anadolu müxbirinə verdiyi müsahibədə
deyib.
"Kimyəvi, bioloji, radioloji və nüvə materiallarının yaratdığı təhlükələrlə mübarizə üçün Təhlükəsizlik Baş İdarəsi və ölkənin hava və dəniz qüvvələri komandanlığı ilə birlikdə Qətərdə iştirak edəcəyik”, - o, əlavə edib.
Çabuk ofisin fəaliyyətinin təsvir edərkən deyib:
"Təlim kurslarımız həm ölkə daxilində, həm də xaricdə davam edir. Bu çərçivədə Nigeriya Daxili İşlər Nazirliyinin yanğınsöndürmə idarəsi üçün təlim kursları keçirəcəyik və Liviya komandası ilə ötən həftə təlim keçirilib”.
Futbol üzrə Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
M.Arif