Xəbər lenti

Futbol Federasiyasında axtarış - Cinayətin izlərini tapmaq üçün
İdman10:31 09.03.2016

Futbol Federasiyasında axtarış - Cinayətin izlərini tapmaq üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa Futbol Federasiyasına polis basqın edib.

Qaynar.info xəbər verir ki, Fransanın maliyyə məsələləri ilə məşğul olan polis heyəti orda axtarış aparıb.

Sən demə, bu axtarış İsveçrə prokurorunun istəyi ilə baş tutub. Belə ki, Fransa Futbol Federasiyası arxivlərində Yozef Blatterin Mişel Platiniyə verdiyi 2 milyon avronun izləri axtarılır. Nəticələr haqda hələ heç bir məlumat yoxdur.

Qeyd edək ki, sabiq FİFA və UEFA prezidentləri olan Yozef Blatterlə Mişel Platini məhz bu məsələyə görə futboldan 8 il müddətinə uzaqlaşdırılıb.

Qaynar.info