Xəbər lenti

Futbol tarixinin rekord məbləğdə transfer təklifi
İdman07:20 07.07.2016

Futbol tarixinin rekord məbləğdə transfer təklifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Mançester Yunayted" klubu İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqba ilə prinsipial razılaşma əldə edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Fransa yığmasının 23 yaşlı oyunçusu "Mançester Yunayted"in vergiləri çıxmaqla ildə 13 milyon avroluq maaş təklifini qəbul edib.

Avro-2016-dan sonra "Mançester Yunayted" P.Poqba üçün "Yuventus"a dünya futbolu üçün rekord məbləğdə - 120 milyon avro - transfer təklifi edəcək.

Hazırda dünyanın ən bahalı futbolçusu 100 milyon avroya "Real"a transfer edilən Qaret Beyldir

Qaynarinfo.az