Xəbər lenti

Futbol üzrə Azərbaycan çempionatı başladı
Ölkə17:48 09.08.2014

Futbol üzrə Azərbaycan çempionatı başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Topaz Premyer Liqasında 2014/15 mövsümü start götürüb. 

Qafqazinfo xəbər verir ki, I turun ilk matçında “Bakı” “Simurq”u qəbul etməli idi. Amma sənədləşmə işlərində problem yarandığı üçün paytaxt təmsilçisinin zaqatalalılarla görüşü təxirə salınıb. 

Bu səbəbdən gün ərzində yalnız AZAL - “Xəzər Lənkəran” oyunu baş tutub. Görüşə daha yaxşı başlayan cənub təmsilçisi fasiləyə yeni transfer Rauf Əliyevin başla vurduğu gözəl qolla yollanıb. Lakin “ağ-yaşıllar” bu üstünlüyü sonadək qoruya bilməyiblər. Hətta AZAL son 20 dəqiqəni 10 nəfərlə keçirsə də, “Xəzər Lənkəran” qələbəni əldən verib. 

Meydan sahiblərinin bolqarıstanlı legioneri Tomi Kostadinov uzaq məsafədən vurduğu baxımlı qolla komandasını məğlubiyyətdən qurtarıb. Qeyd edək ki, turun digər 3 oyunu sabah keçiriləcək.

 Qaynar.info