Xəbər lenti

Futbolçunun evində partlayış
İdman08:11 26.03.2014

Futbolçunun evində partlayış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Real Madrd” futbol klubunun oyunçusu Xese Rodriqes ölümdən dönüb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 finalında “Şalke”yə qarşı cavab oyununda zədələnərək mövsümün sonuna kimi sıradan çıxan futbolçunun evində partlayış olub.

Partlayış futbolçunun evinin qarajında baş verib. Qarajda işləyən 3 işçidən ikisi zəhərlənərək xəstəxanaya aparılıb. Daha bir işçinin bədəninin 15 faizi yanıb. Hadisə zamanı Xosenin evdə olmaması onun həyatını xilas edib.

Xose Rodriqes bu mövsüm “Real”ın heyətində keçirdiyi 31 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Qaynar.info