Xəbər lenti

Füzulidə raket kompleksləri aşkarlandı (FOTO)
Ölkə05:39 10.01.2022

Füzulidə raket kompleksləri aşkarlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilən hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.
Aşkar edilən 2 pulemyot, 2 "Faqot” və 1 "Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksləri, 4 qumbara, 3 avtomat sandığı, 18 müxtəlif növ mərmi, 317 müxtəlif çaplı patron aidiyyəti üzrə təhvil verilib.