G7 xarici işlər nazirləri Rusiyanın iqtisadi və siyasi təcridini dərinləşdirəcəklərini, Ukraynaya silah tədarükünü davam etdirəcəklərini və Moskvanın müharibəsi nəticəsində qlobal ərzaq qıtlığını aradan qaldırmağa çalışacaqlarını vəd ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirlərin Almaniyada keçirilən görüşün yekunlarına dair birgə bəyanatına istinadən
xəbər verir.
G7 xarici işlər nazirləri "zəruri olduğu müddətcə” Ukraynaya hərbi və müdafiə yardımı göstərməyə davam etməyə razılaşıblar. Moskvaya artan təzyiqin açarı, Macarıstan buna qarşı çıxsa belə, gələn həftə bu məsələ ilə bağlı razılığa gəlməsi gözlənilən Aİ-yə üzv dövlətlərin neft alışının qadağan edilməsi və ya mərhələli şəkildə dayandırılmasıdır.
G7-nin bəyanatında deyilir: "Biz Rusiyanın enerji təchizatından asılılığı azaltmaq və dayandırmaq üçün səylərimizi sürətləndirəcəyik və mümkün qədər tez bir zamanda G7-nin Rusiya kömürünün və neftinin idxalını dayandırmaq və ya qadağan etmək üçün G7 öhdəliklərinə əsaslanacağıq.”
Siyasətçilər bütün dünyada ərzaq təchizatı problemlərində Qərbi günahlandıran Rusiyanın dezinformasiyası ilə mübarizə aparacaqlarını bildiriblər. Onlar həmçinin Çini Rusiyaya kömək etməməyə və Ukraynaya qarşı müharibəsinə haqq qazandırmamağa çağırıblar.
Nizami Bağırov
Şərhlər