Xəbər lenti

Gecə klubu propan qaz balonlarından istifadə edirmiş (FOTO)
Ölkə05:32 03.04.2022

Gecə klubu propan qaz balonlarından istifadə edirmiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında partlayış baş verib. Partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur.
Qaynarinfo-ya bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.  Belə ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.