Xəbər lenti

Gecə klubunda ölən qızın meyiti Bakıya göndərildi
Ölkə16:14 03.01.2017

Gecə klubunda ölən qızın meyiti Bakıya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda Yeni il gecəsi “Reina” əyləncə mərkəzindəki terror hadisəsində həyatını itirən azərbaycanlı Nuranə Həsənovanın meyiti Azərbaycana göndərilib.
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, meyit ötən gecə təyyarə ilə Bakıya yola salınıb.
 1988-ci il təvəllüdlü Rusiya vətəndaşı Nurana Həsənovanın meyiti İstanbuldakı tibbi ekspertiza qurumundan alınıb.
Tibbi ekspertiza qurumundan APA-ya bildirilib ki, indiyə qədər qurumda terror hücumunda həyatını itirən fələstinli qızın meyitindən başqa meyit qalmayıb. Qeyd olunub ki, əcnəbi vətəndaşların meyitləri İstanbul aeroportunun karqo bölümünə təhvil verilib.
Qeyd edək ki, Rusiyanın “Kommersant”  qəzetinin internet  saytında Nuranə Həsənovanın meyitinin yanvarın 2-də Azərbaycana göndərildiyi bildirilib.
Qaynarinfo.Az