Xəbər lenti

Gecə klubunda yaralananlardan biri də vəfat etdi (FOTO)
Ölkə09:38 10.04.2022

Gecə klubunda yaralananlardan biri də vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.
Qaynarinfo xəbər verir ki, Ayxan Feyzulladə adlı şəxs dünyasını dəyişib. O, gecə klubunda ofisiant işləyirmiş.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aprelin 9-da Gülbala Abdullayev vəfat edib. Ayxanın da vəfatıyla klubda baş verən partlayışda ölənlərin sayı dördə çatıb.