Statistik hesablamalar göstərir ki, insanlar yaşam müddətləri ərzində öz aktiv yaşlarının təxminən 14%-ni boşa keçən saatlarla - yəni etməli olub da, edə bilmədikləri işlərlə məşğul olaraq keçirirlər. Bu problem məişət şəraitində gözlə görünə biləcək qədər əsaslı bir hal olmasa da, işgüzar həyatda həm fərd, həm də müəssisə üçün xoşagəlməz haldır. Çünki biznes proseslərini öz çiyinlərində irəlilədən hər bir əməkdaşın bir gün yox, hətta bir saat belə öz yerində olmaması şirkət üçün mənfi nəticələrə gətirib çıxara bilər.
Pronet-Proespect ERP-nin çoxşahəli həllərindən biri olan "ProDOC” - Elektron Sənəd Dövriyyəsi həlli qeyd olunan problemləri aradan qaldırmağa qadir olan modulları vasitəsi ilə müəssisədaxili və xarici sənəd dövriyyəsini tam avtomatlaşdıraraq işləri bir nöqtədən idarə etmək qabiliyyətindədir.
"ProDOC” həllinin tərkibinə daxil olan E-vəkalətnamə modulu, ümumiyyətlə məsafə amilinin iş prosesinə mənfi təsirini sıfıra endirir. Belə ki, modul vasitəsi ilə müxtəlif səbəblərdən (ezamiyyət, məzuniyyət, xəstəlik) yerində olmayan əməkdaşlar ofisə gəlmədən belə öz işlərini həll edə bilir, müvafiq əməliyyatlar üzrə E-vəkalətnamə tərtib etməklə öz səlahiyyətlərini digər həmkarlarına təhkim edə bilirlər. Bununla yanaşı aparılan əməliyyatlar tərtib edilən tarixçə vasitəsi ilə hesabatlarda öz əksini tapır. Hətta ofisdən kənardan olan əməkdaşlar sənədlərin hazırlanması, yoxlanılması, təsdiqlənməsi, viza qoyulması, imzalanması və s. kimi önəmli işlərin belə öhdəsindən "ProDOC” - E-vəkalətnamə sayəsində gəlirlər.
Tələsik göndərilən sənədlər, yaddan çıxan işlər və yaxud da itirilən zaman demək olar ki, artıq keçmişə aid olan terminlərə çevrilməyə başlayıb. Çünkü Pronet-Prospect ERP-nin "ProDOC” həlli rahat və bəsit interfeyslə hazırlansa da, çətin və mürəkkəblik payı yüksək olan proqram təminatı vasitəsi ilə biznes proseslərini avtomatlaşdırmaqla yanaşı məsafələri də sahibkarların idarəsinə verir!
Azərbaycan biznes mühitində artıq 15 ildır ki, xüsusi mövqeyə sahib olan Pronet-Proespect ERP şirkəti demək olar ki, uzun illər boyu sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir subyekti düşündürən, hətta "dəmir zəncir” kimi görünən, qırılması çətin problemlərin öhdəsindən gələrək özü barədə müsbət imic yaratmağı bacarmışdır. Şirkətin təklif etdiyi həllər nəinki bir sıra holdinq və şirkətlərin, bununla yanaşı xeyli sayda dövlət müəssisələri və təşkilatların istifadəsindədir.
Tel:+99412 3102121
+9947727724477