Xəbər lenti

Gələn il Azərbaycanda növbədənkənar seçkilər ola bilər
Siyasət06:53 12.09.2023

Gələn il Azərbaycanda növbədənkənar seçkilər ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gələn il parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, gələn ilin noyabr ayında parlament seçkilərinin keçirilməsi gözlənilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. O, seçkilərin vaxtının bir az əvvələ çəkilə biləcəyini ehtimal edir:
"Növbədənkənar seçkilərin olub-olmaması barədə proqnoz vermək çətindir. Çox güman ki, seçkilər keçirilsə, onu da gələn ilin əvvəllinə təyin edəcəklər”. 
Qulamhüseyn Əlibəyli hesab edir ki, seçkilərin legitimliyi demokratikliyi, qanunvericiliyə riayət olunması ilə müəyyənləşdirilir:
"Siyasi partiya konfiqurasiyasının yenilənməsi ilə partiya strukturlarının, partiya sisteminin dəyişməsini seçki sistemilə əlaqələndirmək o qədər də düzgün olmazdı. Çünki həmin partiyalar əvvəllər də seçkilərdə iştirak ediblər və çoxları da seçkilərin nəticələrindən narazı olub", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Bahar Rüstəmli