Xəbər lenti

Gələn il manatın məzənnəsi necə olacaq?
Ekonomiks19:07 15.09.2022

Gələn il manatın məzənnəsi necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatda bildirilir.
Qeyd edilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.