Xəbər lenti

Gəlin qızıl yağışında: dünyada belə toy olmamışdı - FOTOLAR
Maqazin19:27 26.11.2016

Gəlin qızıl yağışında: dünyada belə toy olmamışdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Honkonq şəhərindəki toylardan biri ölkədə geniş müzakirə olunur.
Honkonqun tanınmış teleaparıcılarından olan 36 yaşlı Bob Lem toya tamada kimi dəvət olunmuşdu.
Milli.Az "Southern Metropolis Daily"yə istinadən bildirir ki, Lem toyda gəlinə verilən hədiyyələri görəndə şoka düşüb.
"Gəlini sanki qızıl yağışına tutmuşdular", - Lem yazıb.
Toyda gəlinə hədiyyə verilən qızıl və zinət əşyalarının sayı-hesabı bilinmir. Üstəlik, toya gələn qonaqların superlüks avtomobilləri, onların daş-qaş və qızıl bəzəkləri, ləl-cəvahiratları da heyrət doğurur.
Toya minimum 6 milyon dolların xərcləndiyi bildirilir.
Qaynarinfo.Az