Xəbər lenti

Gəmi təmiri zavodunda faciə: Ölən var
Ölkə11:39 07.04.2014

Gəmi təmiri zavodunda faciə: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində bədbəxt hadisə baş verdiyi bildirilir

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən “Xəzər” MMC-də dəhşətli faciə baş verməsilə bağlı məlumatlar yayılıb. 

Məlumatına görə, kütləvi informasiya vasitələrində “General Əlağa Şıxlınski” kran gəmisinin təmiri zamanı “Xəzər” MMC-nin iki fəhləsi gəmilə körpünün arasında qalaraq, dünyasını dəyişməsi haqda məlumat yayılıb. 

Hazırda hadisə yerində Xəzər Dəniz Gəmiçiliyi QSC-nin və “Xəzər” MMC rəhbərliyinin olduğu söylənilir.

Hadisə barədə Su Nəqliyyatında Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları ərazidədir.

“Bizə də bu barədə məlumat daxil olub. Əməkdaşlarımız ərazidədir. Hələlik ərazidə nə baş verməsi barədə dəqiq nəsə deyə bilmərik”. – deyə idarədən bildirilib.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Qaynar.info