Xəbər lenti

Gənc aktrisa intihar etdi
Maqazin07:32 22.03.2016

Gənc aktrisa intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənc aktrisa Gülay Bursalı özünü onuncu mərtəbədən ataraq intihar edib. Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlan dostu ilə günlük kirayəyə verilən bir evə gedən gənc qız əmlakçının təcavüzünə məruz qalıb.
Gecə yarısına qədər dostu ilə klubda əylənən Gülay ev kirayəyə verən dostuna zəng vurub, ondan bir gecəlik otaq istəyib. Hələlik adı məlum olmayan əmlakçı Bursalı və sevgilisinin qaldığı evə gəlib. O, əvvəlcə aktrisanın oğlan dostunu döyüb və telefonunu əlindən alıb. Daha sonra Gülayı bir otağa salıb və onunla birlikdə olan dostu qıza təcavüz etməyə çalışıb. Lüt qız pəncərəyə çıxaraq "Yaxınlaşmayın, özümü ataram" deyə qışqırıb. Qız oğlanların onun sözlərinə əhəmiyyət vermədiyini görən zaman özünü pəncərədən atıb.
Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Qaynar.info