Xəbər lenti

Gənc Tamaşaçılar Teatrı bayram tamaşasına hazırlaşır
Sənət12:02 16.03.2016

Gənc Tamaşaçılar Teatrı bayram tamaşasına hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Novruz bayramı günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Uşaq və Gənclər Teatr günü qeyd ediləcək. Bu münasibətlə teatrda martın 18-dən 25-dək “Tamaşaların paradı” adı ilə repertuar tərtib edilib.

Qaynar.info xəbər verir ki, bayram günlərində balacalar “Möcüzəli turp” ilə yanaşı, A.Şaiqin “Tıq-tıq xanım”, P.Nurəliyevanın “Dəcəl keçi”, xalq nağılı “Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər.

Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.

Tamaşalar mart ayının 18-dən 25-dək davam edəcək.

Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarında satılır.

Qaynar.info