Xəbər lenti

Gənc yaşda vəfat edən 10 türk məşhur (FOTOLAR)
Sənət11:46 04.09.2019

Gənc yaşda vəfat edən 10 türk məşhur (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo gənc yaşda həyatını itirən türkiyəli məşhurları təqdim edir.
Kazım Koyuncu 
Türkiyənin Qara dəniz bölgəsinə xas musiqilərin ifası ilə məşhurlaşan Kazım Koyuncu 2005-ci ildə 33 yaşında xərçəngdən vəfat edib.
Məhmət Əmin Topraq
Dünya şöhrətli rejissor Nuri Bilgə Ceylanın filmləri ilə məşhurlaşan aktyor Məhmət Əmin Topraq 28 yaşında avtomobil qəzasında həyatını itirib. O, "Uzak" filmindəki ifasına görə Kann Kino Festivalında "Ən yaxşı aktyor" makafatına layiq görülüb.
Yavuz Çətin
Müğənni Yavuz Çətin gənc yaşda həyatını itirən türkiyəli məşhurlar arasındadır. Depressiyaya görə bir müddət xəstəxanada müalicə alan Y.Çətin 2001-ci ildə özünü Boğaz körpüsündən ataraq intihar edib.
Barış Akarsu
Türkiyədə rok musiqisinin məşhur ifaçılarından olan Barış Akarsu 2007-ci ildə ağır qəza keçirib. Sevgilisi Zeynəb Qoçaq hadisə yerində ölüb. B.Akarsu 5 gün ərzində reanimasiyada qalandan sonra gözlərini əbədi yumub.
Dəfnə Joy Foster
"Sihirli Annem" serialında xüsusi məşhurluq qazanan Dəfnə Joy Foster 2011-ci ildə eyni anda qəbul edilən alkoqol və dərmana görə vəfat edib. Həyatını itirəndə D.F.Fosterin 36 yaşı olub.
Səbahəddin Əli
Türkiyənin məşhur şair, yazıçı və jurnalisti Səbahəddin Əli 1948-ci ildə 41 yaşında cinayətə qurban gedib. 
Oğuz Atay
Türk ədəbiyyətının əsas simalarından olan, məşhur "Tutunamayanlar" romanının müəllifi Oğuz Atay 1977-ci ildə 43 yaşında beyin şişindən ölüb.
Orxan Vəli Kanık
Şair Orxan Vəli Kanık 1950-ci ildə bələdiyyə tərəfindən qazılan çuxura düşüb, hadisədən 4 gün sonra 36 yaşında beyin qanaması keçirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, şairin həyatını xilas etmək mümkün olmayıb.
Tezər Özlü
Türk ədəbiyyətinin görkəmli qadın yazıçılarından olan Tezər Özlü də dünyadan tez köçən məşhurlar arasındadır. 42 yaşlı yazıçının ölümünə döş xərçəngi səbəb olub.
Kərim Təkin
Müğənni, şair, aktyor Kərim Təkin 1998-ci ildə 23 yaşında avtomobil qəzasında vəfat edib.
Gülşən