Xəbər lenti

Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Ölkə09:38 15.07.2018

Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, eləcə də, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Qaynarinfo hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki,10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs olunub.
Bildirilir ki, bir nəfər bu gün gecə saatlarında Qazax rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılıb.
Bununla yanaşı, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib, 8 nəfər barəsində isə axtarış elan olunub.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.