Xəbər lenti

"Gəncə İlməçi" MMC-yə 25 minlik cərimə
Ölkə17:39 24.01.2024

"Gəncə İlməçi" MMC-yə 25 minlik cərimə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gəncə İlməçi" Məhdud Məsuliyyətli Cəmiyyəti siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin icraatındadır. 
Qeyd edək ki, "Gəncə İlməçi” MMC-nin qanuni təmsilçisi Orxan Ağayev Sucəddin oğludur.
Əhməd