Xəbər lenti

Gəncədə binalara vurulan üzlüklər sökülür - FOTOLAR
Ölkə18:37 23.05.2015

Gəncədə binalara vurulan üzlüklər sökülür - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində binaların fasadlarına vurulan poliuretan üzlüklərin sökülməsinə başlanılıb. Qaynar.info “report”a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən faciəli yanğın hadisəsindən sonra Gəncə şəhərində də təhlükəsizlik tədbirləri gücləndirilib.
Hazırda şəhərdə İcra Hakimiyyətinin xüsusi göstərişi əsasında 15-ə yaxın 9 və 5 mərtəbəli binanın yanmağa həssas olan üzlükləri sökülür.
Söküntü işləri başa çatdıqdan sonra binaların fasadının hansı üzlüklər ilə üzlənəcəyinə qərar veriləcək.
Qaynar.info