Xəbər lenti

Gəncədə dəhşətli yol qəzası: 1 ölü
Ölkə05:35 27.12.2013

Gəncədə dəhşətli yol qəzası: 1 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Niva" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Qaynar.info Kəpəz TV-yə istinadən xəbər verir ki Dekabrın 26-sı axşam saat təxminən 19:30 radələrində Gəncənin Azərbaycan küçəsində baş verən qəzada 1989- cu ildə Kəlbəcər rayonunda anadan olan, hazırda Samux rayonun Kolayır kəndində yaşayan Mehdiyev Şəhriyyar Zahid oğlu idarə etdiyi "Niva" markalı 90 RU 047 qeydiyyat nişanlı avtomobili ilə yolu keçmək istəyən piyadanı 1955 -ci il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Ziba Məmməd qızını vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.

Qaynar.info