Xəbər lenti

Gəncədə filarmoniya tikiləcək - FOTOLAR
Ölkə12:51 19.04.2013

Gəncədə filarmoniya tikiləcək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sarayda müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq.

Lent.az-ın məlumatına görə, bir müddət əvvəl Gəncə şəhərindəki köhnə filarmoniya binası sökülüb. Şəhərdə daha böyük və möhtəşəm musiqi kompleksinin tikintisi nəzərdə tutulub.

Burada müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq. Kompleksdə həm də musiqi məktəbinin, dərnəklərin fəaliyyət göstərməsi, musiqi alətləri emalatxanasının və s. olması da planlaşdırılır.

Köhnə filarmoniya Gəncədə çayın kənarında qəzalı binada yerləşirdi. Yeni kompleks isə şəhərin mərkəzində köhnə Bakı kinoteatrının binasının yerində və daha geniş ərazidə inşa olunur.

Qaynar.info