
Gəncədə iki qadın ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Nailə Həsənova dərman preparatları ilə kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırma zamanı məlum olub ki, 21 yaşlı N.Həsənova iki dəfə ölü uşaq dünyaya gətirdiyi üçün 20 ədəd dərman həbi içərək özünü öldürmək istəyib.
Başqa bir şəhər sakini, 1990-cı il təvəllüdlü Aygün Məmmədova da ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. O, kasıb həyat tərzindən bezdiyi üçün soyuducuda olan sirkə turşusunu içərək özünü öldürmək istədiyini deyib.
Hər iki qadının səhhətinin orta ağır olduğu bildirilir. Faktlarla bağlı araşdırma aparılır.
Qaynar.info