Xəbər lenti

Gəncədə tələbə yataqxanasında güclü yanğın
Ölkə16:52 24.10.2014

Gəncədə tələbə yataqxanasında güclü yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.

Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır.

Hələ ki, alovu ram etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.

Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub. /"Kəpəz" TV/


Qaynar.info