Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.
“Qafqazinfo”nun xəbərinə görə, yanğın zamanı 1 nəfər qadın və 2 azyaşlı uşaq tüstüdən boğulmuş vəziyyətdə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.