Xəbər lenti

Gəncədə yazıçılarla görüş keçiriləcək - FOTO
Sənət15:36 02.11.2016

Gəncədə yazıçılarla görüş keçiriləcək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 5-də Gəncədəki Kitabevim.az kitab mağazasında yazıçılarla oxucuların görüşü keçiriləcək. Bu barədə Hədəf Nəşrlərinin mətbuat xidmətindən məlumat verilib. 
Görüşdə yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq XAN və Varis Yolçiyevin imza mərasimi keçiriləcək. Həmçinin Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhhəbət romanının ilk təqdimatı olacaq. Görüş günü Kitabevim.az müəlliflərin kitabı endirimdə olacaq.
Görüşdə iştirak sərbəstdir. Tədbir saat 14:00-da başlayacaq.
Ünvan: Gəncə şəhəri, Kitabevi (Bayraq Meydanı, Gəncə Çay park bulvarı)
Qaynarinfo.Az