
Partidə iştirak edənlərə kitab hədiyyə olunacaq
"Zero Nəşriyyatı" kitabsevərləri 13 iyun 2013-cü il tarixində saat 19:00-da Balans Baku Pub-da keçiriləcək "Bookworm Party"ə (Kitab Qurdu Party) dəvət edir.
Qaynar.info xəbər verir ki, parti boyunca gənclərin sevimli qrupu "Rohat&Cash" canlı musiqi ifa edəcək və Balans Baku-nun DJ-i şou nümayiş etdirəcək.
Gecənin xüsusi qonağı, rok ifaçısı Qara Dərvişdir.
Partiyə giriş 5 AZN-dir və bilet alanlara "Zero Nəşriyyatı"nın çap etdirdiyi kitablardan biri hədiyyə olunacaq. Kitabı qonaqlar özləri seçə bilər. 4 Bilet alana 1 bilet hədiyyə olunacaq.
Biletlər məhdud sayda çap olunub.
Ünvan: Balansbaku Abdulkarim Ali-Zadeh Targovi ("Shakespear Pub"-un yanı)
Biletləri sifariş etmək və əlavə məlumat almaq üçün nəşriyyatın yayım meneceri Pərviz Əzimovla əlaqə saxlaya bilərsiniz. Tel: 050 375 76 13
Qaynar.info