
Gəncədə "Komanda işi və liderlik bacarıqlarının qeyri formal yolla artırılması" layihəsinə yekun vurulub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən C kateqoriyası 4-cü qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Komanda işi və liderlik bacarıqlarının qeyri formal yolla artırılması" adlı fərdi layihə çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri arasında "paintball" yarışması keçirilib.
Aprel ayının 15-də keçirilən yarışmadan sonra 19 aprel tarixində iştirakçılara təlim keçirilib və qalib komanda mükafatlandırılıb.
Yarışda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi , “Gənclər üçün Təhsil Mərkəzi” Gəncə Regional Ofisi, "Odlar Yurdu" GİB, "Gələcəyə Körpü" GİB və "Gənc Dost" GİB təşkilatlarının nümayəndələri iştirak ediblər. Yarışmanın nəticəsi Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi komandası qalib olub.
Layihənin rəhbəri Süleyman Hüseynzadədir.
Qaynar.info







